Azərbaycan Texniki Universiteti adına yaradılmış blog

Home Ads

21 Şubat 2016 Pazar

ƏLVİDA BENZİN


 İSPAN AKKUMULYATORUNDA ASANLIQLA 1000
KİLOMETR YOL QƏT ETMƏK MÜMKÜN OLACAQ.

İspan mühəndisləri yeni nəsil akkumulyator batareyası işləyib hazırlayıblar. O, bütün digər analoqlarından 77% daha ucuzdur və elektromobili cəmi 8 dəqiqə ərzində yükləyərək 1000 km qədər yol qət etməyə imkan verir. Qrafendən hazırlanmış batareyaları artıq 4 alman avtomobil şirkətindən ikisi test etmək üçün əldə edib.Elektromobil əlbəttə ki, çox cəzbedici nəqliyyat vasitəsidir. Ətraf mühiti çirknəndirməyən, daha az səs-küy salan və daha ucuz yanacaq ilə işləyən nəqliyyat vasitəsi təbii ki, maraqlıdır. Düzdür, onlar təbii yanacaq ilə işləyən nəqliyyat vasitələrinin gücünə və sürətinə çata bilmirlər, ancaq buna baxmayaraq bir çox insanın əsas nəqliyyat ehtiyaclarını ödəyə bilirlər. Bununla belə müasir elektromobillərin iki əsas çatışmazlığı vardır: çox uzun müddət enerji yığmaqları və qısamüddətli avtonom rejimdə işləmələri. Əslində indiki elektromobillər litium-ion akkumulyatorları ilə təchiz olunsalar da, daim təkmilləşdirilsələr də, tam yüklənmələri bir neçə saat alır ancaq yerdəyişmə uzunluğu çətinliklə 300 kilometrədək çatır.Bu məhdudiyyətləri ispan şirkəti olan "Graphenano" ilə Kordova Universitetininapardığı araşdırmalar nəticəsində birgə işləyib hazırladıqları yeni qrafen-polimer akkumulyatoru aradan qaldıra biləcək. Graphenano şirkəti qrafenin sənaye miqyasında aparıcı istehsalçılarından biridir və elə buna görə də nə etdiklərini yaxşı bilirlər. Həqiqət isə budur ki, qrafen akkumulyatoru avtomobil və telefon sənayesində növbəti inqilaba gətirib çıxarda bilər. Qrafen akkumulyatorunun çəkisi litium-ion akkumulyatorunun yarısı qədərdir, qiyməti 77% daha ucuzdur, 8 dəqiqəyə enerji yığır və 1000 km qədər yerdəyişmə uzunluğu təklif edir.
Qrafenin 4 əsas üstünlüyü
Qrafen – yalnız 2004-cü ildə bir atom qalınlığında olan karbon qatında aşkar olunmuş möcüzəvi materialdır. Onun qalınlığı bir vərəq kağızdan milyon dəfə nazikdir.
Qrafen fövqəladə nazikdir: bir kvadrat metr qrafen qatı 0.77 qram çəkisindədir. O, şəffafdır, elastikdir, sukeçirməyəndir, ətraf mühiti çirkləndirmir və poladdan 200 dəfə möhməkdir. Bundan başqa o, superkeçiricidir: onun keçiricilik qabiliyyəti müasir silisium çiplərindən 100 dəfə daha sürətlidir.
Qrafenin 4 əsas üstünlüyüQrafen – yalnız 2004-cü ildə bir atom qalınlığında olan karbon qatında aşkar olunmuş möcüzəvi materialdır. Onun qalınlığı bir vərəq kağızdan milyon dəfə nazikdir. Qrafen fövqəladə nazikdir: bir kvadrat metr qrafen qatı 0.77 qram çəkisindədir. O, şəffafdır, elastikdir, sukeçirməyəndir, ətraf mühiti çirkləndirmir və poladdan 200 dəfə möhməkdir. Bundan başqa o, superkeçiricidir: onun keçiricilik qabiliyyəti müasir silisium çiplərindən 100 dəfə daha sürətlidir.Qrafen istilik keçirir, elektroenerji istehsal edir və digər materiallar ilə birləşdikdə öz xüsusiyyətlərini dəyişir. Metal o qədər mükəmməldir ki, dünyada ən kiçik sayılan helium atomları belə onun tərkibində kəsişə bilir. Bir də onu zədələnmədən sonra çox asanlıqla bərpa etmək olur.Qəribə səslənsə də qrafenin istehsalatı ucuz başa gəlir və təbiətdə də çox yayılıb. Bütün ölkələrdə kifayət qədər bu materialdan tapılır.Graphenano şirkəti öz avtomobilləri üzərində həmin akkumulyatorları test edən dörd böyük alman avtomobil markalarından ikisi üçün qrafen batareyalarının istehsalına 2015-ci ilin ilk yarısında başlayacaq. Öz sıxlığına görə qrafen batareyaları mobil qurğular üzərində istifadə üçün çox böyükdürlər, ancaq Graphenano şirkəti onların ölçülərini kiçiltmək üçün tədqiqatlar aparır. Əgər onlar bunu bacararsa, smartfonlarımızı 5 saniyə ərzində yükləyə biləcəyik.

Hiç yorum yok:

Yorum Gönder

Zəhmət olmasa mövzudan kənar rəy yazmayın.!

Recent

FlatBook

Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Vestibulum rhoncus vehicula tortor, vel cursus elit. Donec nec nisl felis. Pellentesque ultrices sem sit amet eros interdum, id elementum nisi ermentum.Vestibulum rhoncus vehicula tortor, vel cursus elit. Donec nec nisl felis. Pellentesque ultrices sem sit amet eros interdum, id elementum nisi fermentum.




Comments

Contact Us

Ad

E-posta *

Mesaj *