Azərbaycan Texniki Universiteti adına yaradılmış blog

Home Ads

21 Şubat 2016 Pazar

Pascal Proqramlaşdırma Dili


Pascal dili (Paskal) – 1971-ci ildə professor Niklaus Virt (Niclaus Wirth) tərəfindən yaradılmışdır. Dil fransız riyaziyyatçısı və filosofu Blez Paskalın (Blaise Paskal) şərəfinə adlandırılmışdır və qısa zaman içində universitetlərdə istifadə edilən proqramlaşdırma dili halına gəlmişdir.

Paskal dilinin bir sıra xüsusiyyətləri onun biznes və sənaye sahələrində geniş tətbiqinə gətirib çıxarmışdır. Modula və Modula-2 dilləri Paskal dili əsas götürülərək inkişaf etdirilmişdir

Pascal dilinin əlifbası


Hər hansı dilin əlifbası sonlu sayda simvollar ardıcıllığıdir. Turbo Pascal dilinin əlifbası aşağıdakı qruplara bölünür.
1. A-dan Z-ə kimi böyük və kiçik latın hərfləri.
2. 0-dan 9-a kimi onluq rəqəmlər.
3. Xüsusi simvollar: . () , # $ ^ @ * _ + " : > < =
4. Boşluq simvolu.

Münasibət əməlləri.
Tam ədədlərdən ibarət cütlər üzərində təyin olunmuş və nəticədə məntiqi qiymət verən əməllər də vardır.
Bu əməllər həqiqi ədədlər üzərində də təyin olunub.
Simvol qiymətlər üzərində isə, yalnız = və <> əməlləri təyin olunmuşdur.

 Onun üstünlükləri odur ki, o, qavraması üçün sadədir və istifadəçi tərəfindən səhv yazılmış kod kompüter sisteminə ziyan gətirmir.
Pascalda proqramları yazmaq üçün xüsusi proqramlaşdırma mühiti olmalıdır. Əgər sizdə bu proqram yoxdursa, onu İnternetin müəyyən saytlarından və ya bu saytın "Proqram təminatı" bölməsindən yükləyə bilərsiniz. Bu səhifədə Pascal dilində yazılmış bəzi sadə məsələlərin kodları göstərilib.
1)
 program proqram_adı(output);
  { dəyişənlərin elan edilməsi }
 begin
  { operator hissə }
 end.
. Artıq sizə aydındır ki, proqram sözü ilə proqramımıza ad veririk. Və sonra dəyişənləri elan edirik. Bizim misalda name dəyişənini elan edirik. Dəyişənlərin elan edilməsi, onların tipi, identifikatorlar haqqında daha geniş məlumat sonra. Deməli name dəyişənini elan edirik. Daha sonra begin sözü ilə proqrama başlayırıq. Və write();operatoru ilə Adınızı daxil edin: ekranda çap olunur. Bundan sonra read(); operatoru ilə isə ekranda daxil etdiyimiz məlumatları name dəyişəninə mənimsədirik. Daha sonra artıq sizə məlum olan write(); operatoru ilə əvvəlcə Salam, sonra isə name dəyişənində olan məlumat, yəni sizin daxil etdiyiniz məlumat(adınız) çap olunur. Sonra isə ! işarəsi. Bura qədər aydın oldusa, artıq bu sizin Pascaldakı ilk proqramınızdır.
 program MyFirstProgram(output);

 var 
   name:string;

 begin

  write('Adınızı daxil edin: ');
  read(name);
  write('Salam, '+name+'!');

 end.



Dəyişənlərin və onların tipinin elan edilməsi

Pascal dilində dəyişənləri elan etmək üçün var operatorundan istifadə olunur. Bu zaman onun tipini yazmaq vacibdir:
 var 
   i : integer;
  ch : char;
 
Pascal dilində dəyişəni elan edərkən mütləq onun tipi də müəyyən olunmalıdır. Bizim misalda i dəyişəni tam tipli, ch isə simvol tiplidir.
Bundan başqa bir neçə eyni tipli dəyişənləri etmək üçün onları vergül ilə də birləşdirmək olar.
 var 
     i, j, k : integer;
  letter, ch : char;
 
Bu misalda i, j, k dəyişənləri tam tipli, letter, ch isə simvol tipli olur.
Paskal dilində bir çox dəyişən tipi var. Hələ ki bunların hamısını deyil, daha çox lazım olanları barədə yazacağam. Daha sonra hamısı barədə ətraflı məlumat verərəm. Paskalda dəyişənin tipini elan etməyin bir yolunu artıq bilirsiniz.
 var
  x,y,z : integer;
Bunu başqa cür də etmək olar.
 type
  number=integer;
  
 var
  x,y,z : number;
2)
. Artıq sizə aydındır ki, proqram sözü ilə proqramımıza ad veririk. Və sonra dəyişənləri elan edirik. Bizim misalda name dəyişənini elan edirik. Dəyişənlərin elan edilməsi, onların tipi, identifikatorlar haqqında daha geniş məlumat sonra. Deməli name dəyişənini elan edirik. Daha sonra begin sözü ilə proqrama başlayırıq. Və write();operatoru ilə Adınızı daxil edin: ekranda çap olunur. Bundan sonra read(); operatoru ilə isə ekranda daxil etdiyimiz məlumatları name dəyişəninə mənimsədirik. Daha sonra artıq sizə məlum olan write(); operatoru ilə əvvəlcə Salam, sonra isə name dəyişənində olan məlumat, yəni sizin daxil etdiyiniz məlumat(adınız) çap olunur. Sonra isə ! işarəsi. Bura qədər aydın oldusa, artıq bu sizin Pascaldakı ilk proqramınızdır.
Ədədin rəqəmləri

1. N natural ədədinin rəqəmlərini çap edin.
mod və div funksiyalardan istifadə edərək, Pascal dilində bu məsələnin həllini belə göstərmək olar.
var
 n:integer;
begin
 write('Ededi daxil edin: ');
 readln(n);
 repeat
 writeln(n mod 10); // ədədin sonuncu rəqəmini çıxarır
 n:= n div 10; // sonuncu rəqəmi silir
 until n=0;
readln
end.
2. Natural N ədədinin birinci və sonuncu rəqəmlərinin cəmini tapın.
var
 a, b, sum, n: longint;
begin
 readln(n);
  a := n mod 10;  
 n := n div 10;
 while n > 0 do begin
 b := n mod 10;
 n := n div 10;
 end;
 
 writeln(a+b);
readln;
end.
Armstronq ədədləri

1. K ədədi daxil olunur. Tələb olunur: K dərəcəli Armstronq ədədləri çap etmək.

Həlli: (264 saylı məktəbin müəllimi Əhmədova Mətanət)
var  
             k,q,j:integer;
    i,n,d,d1,s,p:longint;
    begin       readln(k);
         d:=round(exp((k-1)*ln(10)));
        d1:=d*10-1;
          for i:=d to d1 do
                 begin
                   n:=i;s:=0;
          repeat
                  q:=n mod 10;
                   p:=q;
                   for j:=1 to k-1 do
                   p:=p*q;
                   s:=s+p;
                   n:=n div 10;
          until n=0;
          if s=i then writeln(i);
                 end;
     end.

Massivlərə aid məsələlər
1. A və B massivləri verilmişdir. Əlavə massivdən istifadə etmədən massiv elementlərinin yerini dəyişdirin.
Nümunə :
a(2,5,7,0,12)
b(6,1,34,9,8)
çıxış
a (6,1,34,9,8)
b (2,5,7,0,12)
Həlli: (264 saylı məktəbin müəllimi Əhmədova Mətanət)
Bu məslənin həlli çox sadədir. Riyaziyyatdan bir  qaydanı tətbiq edək. Yəni əlavə dəyişəndən istifadə etmədən  dəyişənlərin qiymətlərini dəyişdirək.
Fərz edək ki, a:=5; b:=3; Tələb olunur ki, əlavə dəyişəndən istifadə etmədən  a:=3 ; b:= 5 olsun.
Bunun üçün   a:=a+b  (a=5+3=8 ; a=8)
                      b:=a-b    (b=8-3=5 ;b=5)
                      a;=a-b     (a=8-5=3;a=3)
 yazmaq kifayət edər.Beləliklə, a= 3 ; b= 5 aldıq.  Bu qaydanı massiv elemtlərinə tətbiq edərək, iki massiv elementlərinin qiymətlərini dəyişmiş olarıq.
var i:integer;
     a,b :array[1..5] of integer;
     begin
      for i:=1 to 5 do
        read(a[i],b[i]);
          writeln('a massivi ilkin');
      for i:=1 to 5 do
        write(a[i],' ');
       writeln;
       writeln('b massivi ilkin');
      for i:=1 to 5 do
        write(b[i],' '); writeln;
      for i:=1 to 5 do
         begin
          a[i]:=a[i]+b[i];
          b[i]:=a[i]-b[i];
          a[i]:=a[i]-b[i];
          end;
         writeln('a massivi son');
      for i:=1 to 5 do
        write(a[i],' ');
       writeln;
       writeln('b massivi son');
      for i:=1 to 5 do

        write(b[i],' ');
        end.


    
    Turbo Pascal

1 yorum:

  1. Mənə 5.000.000.00 ABŞ dolları məbləğində kredit verən kredit şirkəti digər kredit investorları mənim təklifimi laqeyd etsələr də mr benjamin lee mənə müvəffəqiyyət borcu verərlər. Onlar birbaşa kredit maliyyələşdirmə və investisiya baxımından layihədədirlər. kapital bazarları fondlarına çıxış əldə etmək istəyən şirkətlərə və şəxslərə maliyyələşdirmə həlləri təqdim edir, layihənizi maliyyələşdirməyə və ya işinizi genişləndirməyə kömək edə bilərlər .. E-poçt Əlaqə :::: Lfdsloans@outlook.com və ya da yazın
    whatsapp nömrəsi + 1- (989-394-3740)

    YanıtlaSil

Zəhmət olmasa mövzudan kənar rəy yazmayın.!

Recent

FlatBook

Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Vestibulum rhoncus vehicula tortor, vel cursus elit. Donec nec nisl felis. Pellentesque ultrices sem sit amet eros interdum, id elementum nisi ermentum.Vestibulum rhoncus vehicula tortor, vel cursus elit. Donec nec nisl felis. Pellentesque ultrices sem sit amet eros interdum, id elementum nisi fermentum.




Comments

Contact Us

Ad

E-posta *

Mesaj *