Azərbaycan Texniki Universiteti adına yaradılmış blog

Home Ads

23 Şubat 2016 Salı

Deep Web


DeepWeb haqqında

Digər sahələrdə olduğu kimi internetdə də girilməsi qadağan olunmuş, təhlükəli yerlər var. Buna DeepWeb deyilir. Google, Yandex kimi təkmilləşmiş axtarış motorlarının belə tapa bilmədiyi saytlar DeepWeb-ə daxildi. DeepWeb-ə daxil olan saytlar bütün mövcud olan saytların 90%-ini təşkil edir. Yəni bizim istifadə etdiyimiz hissə, Surface Web 10%-dir. DeepWeb-də saxlanılan İnformasiya Surface Web-dəki informasiyadan 400-500 dəfə çoxdur.

DeepWeb-in istifadəçi kütləsi

DeepWeb-dən casuslar,terroristlər, xakerlər, manyaklar, pedofillər, narkomanlar, təhlükəli təcrübələr ( xüsusi ilə insan üzərində keçirilən təcrübələr) aparan alimlər, ordudan qovulmuş əsgərlər, federal polislər, pullu qatillər, kannibalizim xəstələri (insan əti yeyənlər) , silah, narkotik və insan alveri ilə məşğul olanlar, mərc oyunlarının təşkilatçıları və s. Yəni təhlükəli və qadağan olunmuş işlərlə məşğul olan hərkəs istifadә edir. Bu saytlara girməyiniz məsləhət olunmur.Hәr hansi bir halda terror qruplaşması ilә təmas bağlanıla bilər.

DeepWeb-in səviyyələri

Biz interneti aşağıdakı kimi səviyyələrə bölə bilərik: Səviyyə 1: Surface Web. İnternetin ən sadə və təmiz yeri. Hərkəsin çox sadə yolla daxil ola bildiyi saytlar. Səviyyə 2: Bergie Web. İnternetdə axtarış zamanı qarşınıza çıxmayan saytlar. Daha çox pornografik informasiyalar daşıyan saytlar. Əgər ftp serverdən istifadə etməyi bilirsinizsə Google-daki bu gizlənmiş nəticələrə çata bilərsiniz. Bundan sonrakılara daxil olmaq üçün Proxy lazımdır Səviyyə 3: DeepWeb-in ilk mərhələsi. Burda o qədər də təhlükəli şeylər yoxdur. Əsasən qanunsuz pornolar, suiqəsd videoları, viruslar, kiçik xakker qrupları, kompüter təhlükəsizliyindəki problemlərlə bağlı yazılar, məşhur insanların şəxsi, çox zamanda +18 olan görüntüləri və s. Bundan sonrakılara daxil olmaq üçün TOR lazımdır. Səviyyə 4: Charter Web yaxud DarkNet. Burda saytlar DNS texnologiyasından istifadə etmirlər. 4-cü səviyyə özüdə 2 hissəyə ayrılır: 1)TOR səviyyəsi: Sadəcə TOR browser ilə daxil oluna bilən hissə. Burda qanunsuz sənədlər, nəticəsi əvvəlcədən məlum olan mərclər, şirkətlərin gizli məlumatları, gizli səsyazmalar, silah ticarəti; bomba, tank, müdafiə texnologiyaları, qadağan olunmuş filimlər, musiqilər, kitablar, uşaq pornoları, narkotik ticarəti, insan ticarəti və s. 2)Xüsusi səviyyə: Heç bir şəkildə idarə olunmayan səviyyə, indiyə qədər axtarışla məşğul olan insanların çatdığı ən təhlükəli səviyyə. Bura daxil olmaq üçün TOR belə yetərsizdir. Yalnız “Closed Shell System” adı verilən yolla bura çatmaq Olar. Burda olanlar isə robotlar, gizli texnologiyalar, GGGEQP sistemləri, gizli HAARP lahiyələri, Atlantisin yeri və onun haqqındaki araşdırmalar, xüsusi istehsal mühərriklər, havanı dəyişdirəbilən silahlar, qlobal terror, qlobal narkotik və insan ticarəti, super-kompüterlər, masonlar, illüminatlar, Allaha inanmayanlar və bunun sübutları və s. Burda, əgər istehsal olunarsa dünyanı dəyişdirə biləcək texnologiyalar var. Bu səviyyədə olan insanların hamısı elm adamları və alimlərdir. Bu səviyyəyə daxil olmaq üçün normal kompüterlər ve normal internet əlaqəsi yetərsizdir. Bura qədər dediklərimiz DeepWeb-in 80%-idir. Qalan 20% isə aşağıdakılardır: Səviyyə 5: Marianas Web. Adını dünyanın ən dərin çuxuru Marianna çuxurundan alır. Bura haqqında o qədər də çox məlumat yoxdur. Bura haqqında “Əgər hər kəs ora girə bilsə internetdəki müharibə sona yetər” deyilir. Burda bütün dünyanı idarə edbiləcək texnologiyaların olduğu və burdakı xakkerlərin dövlətlərlə birgə işlədiyi bildirilir. Səviyyə 6: Haqqında heç bir məlumat yoxdur. Ora “Tanırının öldüyü yer” yada qısaca Cəhənnəm deyilir.

DeepWeb-ə daxil olmaq

Bu saytları Google tapmır. DeepWeb-də saytlar .com, .az kimi domen kodları ilə bitmir, orda saytların linkləri Facebook yaxud Youtube kimi yadda qalan adlardan ibarət deyil. Burda domen kodu .onion-dur. Linklər isə sabit deyil tez-tez dəyişir və kpvz7ki2v5agwt35.onion kimi olur. Buna görədə onları izləmək olmur. Bura yalnız TOR adlanan browserlə daxil olmaq olar. Serverlər və İP adersləridə sabit deyil.Siz başqa bir kəsin İP adresi ilə DeepWeb-ə daxil olarkən başqasıda sizin İP adresinizdən istifadə edə bilər. Burda normal pul əvəzinə BitCoin-dən istifadə olunur ki, bu pulda DeepWeb-dəki digər şeylər kimi sabit və etibarlı deyil. Məzənnə saniyələr hiçində dəyişə bilər.

DeepWeb-in bizə təsiri

Qatil axtardığınız yerdə polislə qarşılaşa bilər yaxud yalnışlıqla açdığınız bir videoda gecələr kabusunuza çevriləcək şeylər görə bilərsiniz. DeepWeb haqqında məlumatınız olması gərəkən ama girməniz gərəkməyən yerdir. Əgər DeepWeb'ə girdizsə İP Adresi gizlətməlisiz..... Bunun üçün ZenMate proqramını yükləyin.Bütün bu dediklərimizə əməl etməlisiniz. Əks halda İP adres və ya kredit kartlarınızı elə keçirə bilərlər. Ona görə ZenMate proqramından istifadə etməniz məsləhet olunur

Hiç yorum yok:

Yorum Gönder

Zəhmət olmasa mövzudan kənar rəy yazmayın.!

Recent

FlatBook

Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Vestibulum rhoncus vehicula tortor, vel cursus elit. Donec nec nisl felis. Pellentesque ultrices sem sit amet eros interdum, id elementum nisi ermentum.Vestibulum rhoncus vehicula tortor, vel cursus elit. Donec nec nisl felis. Pellentesque ultrices sem sit amet eros interdum, id elementum nisi fermentum.




Comments

Contact Us

Ad

E-posta *

Mesaj *