Azərbaycan Texniki Universiteti adına yaradılmış blog

Home Ads

23 Şubat 2016 Salı

Robotlar

Droz Androidləri
 (çex dilində "rabota" yəni işləmək) — stasionar və ya hərəkətli şəkildə fəaliyyət göstərən maşınlar olub, verilmiş proqram əsasında müəyyən işləri yerinə yetirirlər. İllər keçdikcə robot sözünün mənası dəyişilmişdir. Robot sözü ilk dəfə olaraq çexiya yazıçsı Yozef karel çapek tərəfindən yazılmış elmi fantastik əsərdə işlənmişdir. 1921-ci ildə Çapek "Rosum universal robotları" adlı teatr səhnəsində süni yetişdirilmiş, insana oxşar olan bir işçini təsvir edir. Bundan sonra "Robot" sözü müxtəlif avtomatlara da aid edilməyə başlayır. Bundan əlavə robot adlandırılan maşınların təyinatları arasında da böyük fərq mövcuddur. Məsələn, 1983-cü ildə Yaponiyada 47000 tətbiq olunmuş robot haqqında məlumat verilir. Bu robotların alman standartlarına görə isə heç 3000-i bu ada layiq deyildi. Ancaq ABŞ-ın Robot İnstitutunun işlədiyi standartlarla Almaniya standartı müəyyən dərəcədə oxşardılar.

  • Robotların yaranma tarixi qədim zamanlara gedib çıxır. Avtomatk işləyən köməkçi maşınların yaradılması arzuları insanlarda hələ antik dövrdən baş qaldırmışdır. Antik dövrdə Heronun düzəltdiyi avtomatik teatr, orta əsrdə Vaukansonun ördəyi bu sahədə edilmiş ilk cəhdlərdəndir. 1700-cü ildə İsveçrədə ata və oğul Droz bir-biri ilə oxşar olan iki, insanabənzər avtomat (Android) düzəldirlər. Hündürlüyü təxminən 70 cm olan bu avtomatlardan biri (soldakı) üzunluğu 40 işarədən ibarət olan istənilən mətni yazmağa qadirdir. Sağdakı avtomat isə it, kəpənək və ya şah XVI Louisin portretini çəkə bilir. Bu avtomatlar hal-hazırda İsveçrədə "Schöne Künste" (azərb. Gözəl sənətlər) museyində yerləşirlər
Keçən əsrin ikinci yarısında bir çox robot növləri yaradılmışdır. Buraya misal olaraq human, sənaye, portal, xidmətgöstərici, oyunçaq, axtarış və s. robotlarını göstərmək olar.Maşınqayırmada ən geniş tətbiq olunanı sənaye robotlarıdır. Onların tətbiq sahələri yığmada, emalda, nəqletmədə və qaynaqetmədə aparılan işləri əhatə edir.

Hiç yorum yok:

Yorum Gönder

Zəhmət olmasa mövzudan kənar rəy yazmayın.!

Recent

FlatBook

Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Vestibulum rhoncus vehicula tortor, vel cursus elit. Donec nec nisl felis. Pellentesque ultrices sem sit amet eros interdum, id elementum nisi ermentum.Vestibulum rhoncus vehicula tortor, vel cursus elit. Donec nec nisl felis. Pellentesque ultrices sem sit amet eros interdum, id elementum nisi fermentum.




Comments

Contact Us

Ad

E-posta *

Mesaj *