Azərbaycan Texniki Universiteti adına yaradılmış blog

Home Ads

19 Şubat 2016 Cuma

İNFORMASİYA SİSTEMİ


İnformasiya sistemi — tətbiq sahəsinə aid informasiyanın
 toplanmasını, saxlanmasını, emalını və istifadəçilərə çatdırılmasını təmin edən texniki, proqram, linqvistik və metodoloji vasitələr kompleksidir. İnformasiya sistemi istifadəçilərin müəyyən mövzu sahəsi çərçivəsində informasiyaya olan tələbatını ödəyir. İnformasiya sistemi hər hansı məqsədə çatmaq üçün vahid bir tam kimi fəaliyyət göstərən, qarşılıqlı əlaqədə olan elementlər kompleksini özündə birləşdirən texnalogiyadır. Sistemin struktur, element funksiyası və elementin və sistemin özünün girişi və çıxışı kimi komponentləri var. İnformasiya sistemi alt sistemlərə bölünür. Bu xüsusiyyəti onun istismarını, analizini, mühafizəsini asanlaşdırır.
İnformasiya sistemi əsas iki tələbatı ödəməlidir:
  • tətbiq sahəsinin sərhədlərinin təyin olunması və informasiya modelinin tam əhatəli və dəqiq əks etdirilməsi. Bu halda Birinci halda baxılan tətbiq sahəsi çərçivəsində informasiya sisteminin istifadəçiləri lazımi informasiyayla təmin edilməlidir.
  • istifadəçilərin sorğularına tam və dəqiq cavab verə bilən informasiya sisteminin yaradılması. Bu halda isə sorğuların tipləri və növləri təhlil edilməli, sorğuların tələblərinə uyğun və əlverişli şəkildə verilənlər təşkil olunmalı və sorğulara cavab verilməlidir. Sorgular aydın və obyektiv olmalı, sorgulara cavablar isə hesabat və ya forma şəklində verilməlidir.

Hiç yorum yok:

Yorum Gönder

Zəhmət olmasa mövzudan kənar rəy yazmayın.!

Recent

FlatBook

Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Vestibulum rhoncus vehicula tortor, vel cursus elit. Donec nec nisl felis. Pellentesque ultrices sem sit amet eros interdum, id elementum nisi ermentum.Vestibulum rhoncus vehicula tortor, vel cursus elit. Donec nec nisl felis. Pellentesque ultrices sem sit amet eros interdum, id elementum nisi fermentum.




Comments

Contact Us

Ad

E-posta *

Mesaj *